Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqı Vəkillər Kollegiyasını təbrik etdi


  • 21 İyun 2022 19:00

Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqı Azərbaycan Respublikası Vəkillər Kollegiyasını CCBE-yə üzv qəbul olunması münasibətilə təbrik etmişdir.

E-huquq.az xəbər verir ki, bu barədə Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının sədri Ələddin Cəfərov Vəkillər Kollegiyasına təbrik ünvanlayıb.

Təbrikdə qeyd olunur:

“Hörmətli Anar müəllim! Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına (CCBE) üzv qəbul olunması münasibətilə Sizi və Sizin şəxsinizdə Azərbaycan vəkillərini Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının adından təbrik edirəm. Əldə olunan böyük nailiyyət ölkəmizin bugünkü reallıqlarının etirafı və son illər demokratiyanın, insan hüquqlarının daha vüsətlə inkişaf etdiyi Azərbaycan hüquq institutlarının fəaliyyətinə verilən yüksək qiymətdir. Qarşınızda duran vəzifələrin icrasında Sizə və Azərbaycan vəkillərinə uğurlar arzulayırıq".

Oxşar xəbərlər