Şahmar Məmmədov yeni vəzifəyə seçildi


  • 23 İyun 2022 17:37

23 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təqdimatı əsasında Vəkillərin İntizam Komissiyasının sədri, Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov Avropa Vəkillər Assosiasiyasının Deontologiya Komitəsinə üzv seçilib.

E-huquq.az-ın məlumatına görə, Avropa Vəkillər Kollegiyası Avropa, Asiya və digər kontinentlərdən vəkillər kollegiyalarını, vəkil bürolarını və vəkilləri özündə birləşdirən təşkilatdır. 1986-cı ildən fəaliyyət göstərən təşkilatın əsas fəaliyyət sahəsi vəkillik peşəsində Avropa konseptinin formalaşdırılması və təbliğ edilməsidir.

Avropa Vəkillər Kollegiyasının yeni formalaşmış Deontologiya Komitəsi vəkillərin peşə sirri, ifadə azadlığı və digər etik davranış qaydaları sahəsində fəaliyyət göstərir.

Oxşar xəbərlər