"Mirzəyev və Partnyorları" Vəkil Bürosunda hərbçilərə ödənişsiz hüquqi yardım göstərildi - FOTO


  • 24 İyun 2022 15:02

26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə "Mirzəyev və Partnyorları" Vəkil Bürosunda hərbçilər və onların ailə üzvləri, həmçinin şəhid ailələri və Vətən müharibəsi iştirakçıları üçün ödənişsiz hüquqi yardım aksiyası keçirilib.

E-huquq.az xəbər verir ki, büronun vəkilləri müraciət edən şəxslərə ödənişsiz hüquqi yardım göstərib, onları maraqlandıran sualları cavablandırıblar.

Aksiyada iştirak edənlərə mülki və sosial təminat qanunvericiliyinin müddəaları izah edilib, yazılı və şifahi məsləhətlər verilib. Həmçinin bəzi qazilərin şəxsi məsələləri ilə bağlı məhkəmələrə müraciət üçün yazılı ərizələr tərtib olunub.

Eyni zamanda onlayn qaydada edilən müraciətlərə də dərhal baxılıb və lazımi dəstək göstərilib.

Sonda qazilər göstərilən hüquqi yardımdan razı qaldıqlarını bildirib və aksiyanın təşkilinə görə Vəkillər Kollegiyasının rəhbərliyinə və "Mirzəyev və Partnyorları" Vəkil Bürosunun vəkillərinə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, müraciətlər əsasən sosial problemlərlə bağlı olub.

Oxşar xəbərlər