Azərbaycanda ödənişsiz hüquqi yardım kampaniyası elan edildi


  • 27 İyun 2022 17:14

BMT-nin Azərbaycandakı nümayəndəliyi, Ombudsman Aparatı və Vəkillər Kollegiyası ilə birgə hər il 18 iyun tarixində qeyd olunan Azərbaycanda İnsan Hüquqları günü münasibətilə ödənişsiz hüquqi yardım kampaniyası elan edir.

E-huquq.az xəbər verir ki, kampaniya 27 iyun-29 iyul tarixlərini əhatə edəcək.

Ödənişsiz hüquqi yardımın əhatə edəcəyi sahələr: Mülki, sosial, iqtisadi, inzibati və ailə hüquqi məsələləri, o cümlədən məişət zorakılığı ilə bağlı işlər

Hədəf əhali qrupları: Əlilliyi olan şəxslər, işsiz və aztəminatlı şəxslər, gender əsaslı zorakılıq qurbanları, məcburi köçkünlər, müharibədən ziyan çəkmiş şəxslər, qaçqınlar, sığınacaq axtaran şəxslər, vətəndaşlığı olmayan şəxslər və həssas əhali qruplarından olan digər şəxslər

Ödənişsiz hüquqi yardımın göstəriləcəyi yerlər və onlarla əlaqə məlumatı üçün: https://bit.ly/3OFuVOX

Oxşar xəbərlər