Bakıda aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstəriləcək


  • 28 İyun 2022 17:55

İyunun 30-da Bakıda aztəminatlı şəxslərə ödənişsiz hüquqi yardım göstəriləcək.

E-huquq.az xəbər verir ki, hüquqi yardım aksiyası Milli Məclisin deputatları Rauf Əliyev və Soltan Mammadovun təşəbbüsləri və Vəkillər Kollegiyasının dəstəyi ilə həyata keçiriləcək.

Xəzər seçki dairəsinin əhatə etdiyi ərazidəki hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslər aksiyada iştirak edə bilərlər.

Aksiya saat 10:00-da başlayacaq.

Məkan: Mərdəkan Mədəniyyət Sarayı;

Vəkillər Kollegiyası tərəfindən əlaqələndirici şəxs: Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Afət Qaziyeva (tel.: 012 594 99 85, 050 340 09 81).

Oxşar xəbərlər