Tanınmış hakimlər vəkillik fəaliyyətinə başladılar - SİYAHI


  • 1 İyul 2022 11:20

Bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi müvəffəqiyyətlə başa vuran namizədlərin təntənəli andiçmə mərasimi keçirilib. Mərasimdə 102 nəfər yeni namizəd vəkilliyə qəbul olunub və onlara yeni nəsil Vəkillər Kollegiyası üzvünün vəsiqəsi təqdim edilib.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, üzvlüyə yeni qəbul olunan vəkillərdən 10 nəfəri əvvəllər hakim vəzifəsində çalışıb.

Onların siyahısını təqdim edirik:

İbayev Vəfaddin Ələm oğlu - Bakı Apellyasiya Məhkəməsinin hakimi

Hümbətov Nizami Xasay oğlu - Samux Rayon Məhkəməsinin hakimi

Əfəndiyev Akşin Ramiz oğlu - Yasamal Rayon Məhkəməsinin hakimi

Talıbov Samir Şahin oğlu - Sabunçu Rayon Məhkəməsinin hakimi

Xankişiyev Mirzə Aslan oğlu - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi

Mikayılov Eldar Əli oğlu - Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi

Quliyev Vüqar Şahbaz oğlu - Nərimanov Rayon Məhkəməsinin hakimi

Xəlilov İlkin Ələkbər oğlu - Xaçmaz Rayon Məhkəməsinin hakimi

Hacıyev Pərviz Əhməd oğlu - Sumqayıt Şəhər Məhkəməsinin hakimi

Abbasov İlqar Eyvaz oğlu - Sabunçu Rayon Məhkəməsinin sədri

Oxşar xəbərlər