Azərbaycanda qadın vəkillərin sayı açıqlandı


  • 1 İyul 2022 10:46

Azərbaycanda qadın vəkillərin sayı 402 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, bu ölkə üzrə ümumi vəkillərin 18%-ni təşkil edir.

Qeyd edək ki, bu gün daha 102 yeni vəkil and içərək Vəkillər Kollegiyasına üzv qəbul olunub. Beləliklə, Azərbaycanda vəkillərin ümumi sayı 2237 nəfərə çatıb.

Oxşar xəbərlər