Vəkil Dilarə Əfrasiyabovaya yeni vəzifə verildi


  • 3 İyul 2022 17:20

Xəbər verdiyimiz kimi, 01.07.2022-ci il tarixində Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, hüquq müdafiəçiləri və KİV nümayəndələrinin iştirakı ilə Rəyasət Heyətinin (RH) geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.

E-huquq.az xəbər verir ki, sonra iclas gündəlikdəki digər məsələlərə baxılıb və müzakirənin nəticəsinə uyğun olaraq müvafiq qərarlar verilib.

Belə ki, öncəki RH iclaslarında “Azərbaycan Qadın Vəkillər Alyansının”nın və Vəkillər Kollegiyasının “Biznes hüququ” Komitəsinin yaradılması ilə bağlı qərarlar verilib və bu keçirilən iclasda isə həm Komitənin, həm də Alyansın əsasnamələri təsdiq edilib. O cümlədən, Alyansın İdarə Heyətinin sədrinin təyin edilməsi ilə bağlı məsələyə baxılaraq, Vəkillərin İntizam Komissiyasının üzvü, vəkil Dilarə Əfrasiyabovanın sədr təyin olunması barədə qərar qəbul olunub.

Bununla yanaşı, vəkillər tərəfindən irəli sürülən təşəbbüslərin və müəyyən hüquq sahələrində görülən işlərin daha peşəkar şəkildə həyata keçilməsi zərurəti nəzərə alınaraq, Vəkillər Kollegiyasının nəzdində “Əmək hüququ”, “Elektron vəkillik”, “Kibercinayətkarlıq və kibertəhlükəsizlik” komitələrinin təsis edilməsi ilə bağlı məsələlərə baxılaraq müsbət qərar verilib.

Həmçinin, iclasda, yeni vəkil bürosunun təsisi, vəkillərin başqa vəkil qurumuna keçmək, müəyyən müddətə üzvlük haqqından azad olunma, vəkillərə müxtəlif formada dəstəyin göstərilməsi və sairə məsələlərə baxılmış, müvafiq qərarlar qəbul olunub.

Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

Oxşar xəbərlər