Vəkilləri narahat edən daha bir problem aradan qaldırıldı


  • 7 İyul 2022 18:23

Məlum olduğu kimi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyatı və Miqrasiya İdarəsinin Milli Avtomatlaşdırılmış Pasport Sistemi üzrə məlumat şöbəsinə (MAPS) ünvanlanan vəkil sorğuları ilə bağlı cavabların gec verilməsi vəkillərin haqlı narahatlığına səbəb olurdu. Bununla əlaqədar Vəkillər Kollegiyasının və Daxili İşlər Nazirliyinin rəhbərliyi arasında bu məsələ müzakirə olunub və problem dərhal öz həllini tapıb.

E-huquq.az xəbər verir ki, artıq həm elektron formada ünvanlanması, həm də dərhal cavab alınması üçün, büronun blankı ilə sorğunun və iş ilə bağlı orderin skan versiyalarını vəkillər aşağıdakı e-poçta göndərərək, sorğuya tez cavab alacaqlar. Əgər cavabın elektron deyil, kağız daşıyıcıda da əldə edilməsi lazım olarsa, vəkillər bunu da həmin e-poçtda bildirə bilərlər: bpqmi-maps@bpqmi.gov.az

Qeyd edək ki, vəkillərin hüquqi yardımı vaxt itirmədən daha səmərəli şəkildə həyata keçirə bilmələri üçün, vahid elektron kabinet vasitəsilə sorğuların yerləşdirilməsinə və dərhal avtomatik cavablanmasına dair inteqrasiyanın vəziyyəti ilə bağlı Daxili İşlər Nazirliyi ilə hazırda müzakirələr getməkdədir.

Oxşar xəbərlər