"Bildiyiniz kimi, hazırda dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkilə cinayət işlərində bütün instansiyalarda, mülki işlər üzrə kasasiya və əlavə kasasiya instansiyalarında vəsait ödənilir".
Bunu e-huquq.az-a müsahibəsində Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
"Dünyanın ən qabaqcıl ölkələrində dövlət hesabına göstərilən hüquqi yardım həm cinayət, həm də mülki işlər üzrü bütün instansiyalarda ödənilir, fikrimcə, biz də bu məsələdə dünya praktikasını nəzərimizdən keçirməliyik. Dövlət hesabına ödənilən məbləğinin az olmasına gəldikdə isə, bu qəbildən olan məsələlər dövlət büdcəsi ilə bağlıdır, buna görə də ilk növbədə hökumətin və maliyyə orqanlarının rəyi vacibdir", – deyə komitə sədri qeyd edib.
