İyulun 18-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
E-huquq.az-ın məlumatına görə, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov iclas iştirakçılarına Kollegiyanın cari fəaliyyəti barədə məlumat verib.
Daha sonra iclas gündəliyinə uyğun olaraq vəkillərin başqa vəkil qurumuna keçmək, müəyyən müddətə üzvlük haqqından azad olunma və sairə məsələlərə baxılıb, müsbət qərarlar verilmib.
Bundan başqa, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.
