"Məhkəmələr boşanma işlərində valideynlik hüquqlarının həyata keçirilməli olduğunu da qətnamədə qeyd etməlidir"


  • 21 İyul 2022 14:17

Avropa Məhkəmələrinin əksəriyətində Nikahın pozulması və uşağın valideynlərdən hansının yanında qalması barədə iddialara baxılarkən eyni zamanda məhkəmə digər valideynin (ziyanına qətnamə çıxarılmış valideyn) uşağa münasibətdə valideynlik hüquqlarını həyata keçirməli olmasını (uşaqla həftədə, ayda neçə də görüşə bilməsini və s.) da həll edir.

Çox təssüf ki, bizim Ailə qanunvericiliyimizin 22.2-ci maddəsində nikah məhkəmə qaydasında pozularkən bir çox məsələlərin məhkəmələr tərəfindən həll edilməsi nəzərdə tutulsa da, göstərdiyimiz xüsusat öz əksini tapmayıb. Bunun nəticəsi olaraq çox vaxt xeyrinə qətnamə çıxarılmış valideyn fürsətdən istifadə edib uşağı digər valideynə göstərmir və belə olan halda digər valideynin yenidən məhkəmədə iddia qaldırılması ilə nəticələnir.

Düşünürəm ki, bu hal istər uşaq hüquqlarının, istərsə də valideynlik hüquqlarının həyata keçirilməsi üçün məhdudiyyətlər yaradır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə də bununla bağlı dəyişiklik edilməli və məhkəmələr bu tip işlərə baxarkən valideynlik hüquqlarını həyata keçirməli olmasını da mütləq qaydada qətnamədə qeyd etməlidirlər.

Bu həm də vətəndaşların gələcəkdə əlavə iddia qaldırmasına ehtiyac duyulmamasına, eyni zamanda uşaq hüquqlarının həyata keçirilməsinə yönəlmiş bir addım olardı.

Emil Mirzəyev

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Oxşar xəbərlər