Anar Bağırov: "Məhkəmələrdə işləyən hüquqşünaslar ən hazırlıqlı hüquqşünaslar olur"


  • 21 İyul 2022 22:33

"Zənnimcə, gələcəkdə vəkil olmaq istǝyǝn tələbələrin məhkəmələrdə təcrübə keçməsi idealdır. Məhkəmələrdə mülki, cinayət, İnzibati xətalar üzrə ən müxtəlif işlərə baxılır və bu, əvəzedilməz təcrübədir. 9 il ərzində Hakimlərin seçki komitəsinin üzvü və son 5 ildə Azərbaycan Vəkillər Kollegiyasının sədri kimi fəaliyyətim mənə onu demǝyǝ əsas verir ki, məhkəmələrdə fəaliyyət göstǝrǝn hüquqşünaslar ən hazırlıqlı hüquqşünaslar olur".

E-huquq.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov "Elsa İnfo" jurnalına müsahibəsində deyib.

O qeyd edib ki, məhkəmələr gənc hüquqşünaslara geniş təcrübə imkanları verir: "Tanışlarıma da, dostlarıma da hər zaman əmək fəaliyyətinə məhkəmədə başlamağı tövsiyə edirəm. Məhkəmə gözəl məktəbdir. Burada bir müddət işləyən hüquqşünaslar gələcəkdə yaxşı hakim, vəkil, müstəntiq və prokuror olurlar".

Oxşar xəbərlər