Anar Bağırov: "Düşünürdük ki, 50 nəfər müraciət edəcək, amma bu rəqəm 300 oldu"


  • 23 İyul 2022 14:35

"Ölkə tarixində heç vaxt eyni vaxtda bu sayda hüquqşünas tələbə üçün yay məktəbi olmamışdır".

E-huquq.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.

O bildirib ki, "Vəkil olmaq istəyirəm" adlı Yay Məktəbinə böyük maraq var.

"Düşünürdük ki, 50 nəfər müraciət edəcək, ancaq ölkə universitetlərində və xaricdə oxuyan 300 yaxın tələbə iştirak edir. Gənclər tərəfindən bu cür böyük maraq əslində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının möhtəşəm uğurudur. Mən bu münasibətlə bütün həmkarlarımı təbrik edirəm", - deyə sədr vurğulayıb.

Oxşar xəbərlər