Vəkillərin polis orqanlarında müdafiə etdikləri şəxslərlə görüşünə maneə yaradılır? - AÇIQLAMA


  • 29 İyul 2022 15:25

"Bütün hallarda müdafiə tərəfi, yəni vəkilin müdafiə etdiyi şəxslə görüşməsi üçün müvafiq şərait yaradılır".

Bunu e-huquq.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev polis orqanlarında vəkillərin müdafiə etdikləri şəxslərlə görüşünə süni maneələr yaradılması ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.

O bildirib ki, vəkillərin peşə faəliyyətini həyata keçirməsi ilə bağlı hər hansı məhdudiyyət tətbiq edilmir.

"Vəkillər Kollegiyasının üzvü olan vəkillərin cinayət təqibi, cinayət istintaqı, yaxud inzibati icraatla əlaqəli müdafiə etdiyi şəxslə görüşməsi ilə bağlı bütün zəruri imkanlar yaradılır. Aparılan icraata uyğun olaraq vəkilin prosesdə iştirak edib-etməməsi ilə bağlı icazəsi, yəni müqavilə varsa, bu halda görüş təmin edilir. Bununla bağlı polis orqanlarında hər hansı məhdudiyyət tətbiq olunmur. Lakin bəzən tərəflər arasında müqavilə olmur, yaxud müqavilə olmamasına baxmayaraq, var imiş kimi göstərilir. Bu halda görüşə icazə verilmir. Hər bir halda biz də maraqlıyıq ki, barəsində cinayət təqibi həyata keçirilən, təqsirləndirilən, şübhəli şəxs müdafiə tərəfi ilə təmin olunsun. Bu, daxili işlər orqanlarının marağında olan məsələlər sırasındadır", - DİN rəsmisi qeyd edib.

Xəyalə Bünyatova

Oxşar xəbərlər