Azərbaycanlı vəkil İsveçdə ictimai müdafiəçi kimi təsdiq olundu


  • 4 Avqust 2022 17:49

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Ruhiyyə İsayeva İsveç Miqrasiya İdarəsi tərəfindən miqrasiya işləri üzrə dövlət hesabına təyin oluna bilən İctimai müdafiəçi kimi təsdiq olunub.

E-huquq.az xəbər verir ki, R.İsayeva İsveçdə İctimai müdafiəçi kimi təsdiq olunan ilk Azərbaycanlı vəkildir. O, soydaşlarımızı İsveç Miqrasiya İdarəsində doğma Azərbaycan dilində təmsil edə biləcək təcrübəli Azərbaycanlı bir hüquqşünas fəaliyyət göstərəcək.

Qeyd edək ki, R.İsayeva 2005-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. O, fəaliyyət göstərdiyi müddət ərzində keyfiyyətli və səmərəli vəkillik fəaliyyətinə görə Vəkillər Kollegiyası tərəfindən Fəxri Fərman və Təşəkkürnaməyə layiq görülüb.

R.İsayeva İsveçin Lund Universitetində Beynəlxalq İnsan Hüquqları üzrə Magistr proqramında təhsil alıb və bu yaxınlarda İsveçin Uppsala Universitetinin İnvestisiya Sazişlərinin Arbitrajı üzrə Magistr proqramından məzun olub.

Vəkil ingilis, isveç, rus və türk dillərini bilir.

Oxşar xəbərlər