Bakı şəhəri 26 saylı Vəkil Bürosunda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək


  • 9 Avqust 2022 12:45

Avqustun 12-də Bakı şəhəri 26 saylı Vəkil Bürosunda pulsuz hüquqi yardım aksiyası keçiriləcək.

E-huquq.az-ın məlumatına görə, "Vəkil – yardım edən şəxs" adlı aksiya çərçivəsində qeydiyyat yerindən asılı olmayaraq, müraciət edən bütün vətəndaşlara büronun vəkilləri tərəfindən hüquqi yardm göstəriləcək.

Aksiya saat 11:00-dan 15:00-dək davam edəcək.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Zərdabi 78, korpus B, otaq 107-108

Qeyd edək ki, sözügedən tarixdə 0124342426 və 0704342426 nömrələri əlaqə saxlamaqla da hüquqi yardımdan yararlanmaq mümkün olacaq.

Oxşar xəbərlər