Kollegiyaya vəkillərlə bağlı daxil olan şikayətlərin sayı açıqlandı


  • 12 Avqust 2022 17:57

"Məlum olduğu kimi, Vəkillərin İntizam Komissiyasının fəaliyyəti “Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqda” Xartiya və “Avropa vəkillərinin davranış Kodeksi” də daxil olmaqla, yerli qanuvericiliyə və beynalxalq təcrübəyə uyğun təşkil olunmuşdur. Belə ki, 2017-ci ildə Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurası (CCBE)-nin davranış qaydaları əsasında hazırlanmış “Vəkillərin davranış qaydaları haqqında“ Əsasnaməmiz, daha sonra da Beynəlxalq Hüquqşünaslar Komissiyası (ICJ) və CCBE-nin əlavə təklifləri də nəzərə alınmaqda dəyişikliklər edilib. Eyni zamanda da, 2018-ci ilin əvvəlində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) təşəbbüsü ilə Komissiya üzvlərinin Almaniyaya təcrübə səfəri baş tutmuş, orada intizam icraatının aparılması, işlərin araşdırılması istiqamətində Almaniya təcrübəsi öyrənilmişdir. Həmçinin, qeyd edək ki, cari ildən etibarən, ARVK Avropa Vəkillər Assosiasiyasının (AEA-EAL) Deontologiya Komitəsinin üzvlüyündə də təmsil olunur və yerli-beynəlxalq təcrübələr üzrə bu sahədə də mübadilələr aparılır".

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Məlumata görə, son illərdə vəkillərin sayı artsa da, intizam işlərinin sayı azalıb.

"Lakin, bununla bərabər bildiririk ki, ARVK tərəfindən qanunları və etik davranış qaydalarını pozan vəkillərə qarşı qanunauyğun şəkildə intizam tənbehləri tətbiq olunur.

Belə ki, 2022-ci ildə ARVK-ya ümumi olaraq 595 müraciət və şikayət daxil olmuş, bunların böyük əksəriyyəti vətəndaşlar tərəfindən ünvanlanmışdır. Ələlxüsus, Vəkillər Kollegiyasının Rəyasət Heyəti (VKRH) tərəfindən ilkin araşdırma nəticəsində 119 (20 %) müraciət üzrə əsas olduğundan intizam icraatı başlanılaraq araşdırılması üçün Komissiyaya göndərilib.

Komissiyada araşdırma zamanı, 119 intizam icraatından 43-ü (36.1 %) üzrə vəkillər tərəfindən peşə borcunu həyata keçirərkən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun, digər qanunvericilik aktlarının tələblərinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulduğu müəyyən edilib və bu barədə rəyi VKRH-a təqdim edib.

Bu 43 rəy ilə bağlı olaraq, VKRH tərəfindən 12 (27.9 %) intizam icraatı üzrə vəkillərə irad tutulub, 11 (25.6 %) intizam icraatı üzrə onlara töhmət verilmiş, 11 (25.6 %) intizam icraatı üzrə vəkillərin fəaliyyətinin dayandırılması barədə qərər qəbul olunub, 9 (20.9 %) intizam icraatı üzrə Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduğundan VKRH bununla bağlı məhkəməyə müraciət edilməsi haqqında qərar qəbul edib.

Məlumat üçün bildiririk ki, Komissiya tərəfindən vəkillərin fəaliyyətində daha çox bu hallarla bağlı pozuntu müəyyən edilib: (1) dövlət hesabına hüquqi yardımın keyfiyyətsiz göstərilməsi və bu sahədə formal vəkilliyə yol verilməsi, (2) müqavilədənkənar pul vəsaitinin alınması, (3) hüquqi yardıma görə alınan haqqın nağdsız qaydada ödənilməsi tələblərinin pozulması, (4) qeyri-etik ifadələrdən istifadə edilməsi, vəkil etikasına zidd olan, vəkilliyin nüfuzuna xələl gətirən, vəkilə yaraşmayan hərəkətlərə yol verilməsi və s". - deyə məlumatda qeyd olunub.

Həmçinin diqqətə çatdırılıb ki, Komissiya üzvləri ARVK üzvlərinin ümumi yığıncağı tərəfindən seçilir və onlar intizam tənbehinə əsas verən hallar üzrə araşdırmaları Rəyasət Heyətindən asılı olmayaraq müstəqil qaydada aparırlar. Komissiya hər bir şikayəti vəkilin birbaşa iştirakı ilə ətraflı araşdırır və şikayətə qarşı vəkillərin özlərini müdafiə etmək hüquqlarını təmin edir və yekun rəyini sadə səs çoxluğu ilə qəbul edir. Rəylər və qərarlar yalnız araşdırmalar zamanı müəyyən edilmiş dəlillər əsasında verilir və bu zaman vəkillik sahəsində beynəlxalq norma və təcrübələr də nəzərə alınır. Komissiyanın hazırladığı rəy VKRH tərəfindən nəzərdən keçirilir və yekun qərar verilir.

2022-ci ilin yanvar - avqust ayları ərzində Rəyasət Heyətinə daxil olmuş şikayət və müraciətlər barədə statistik məlumatlar üzrə cədvəl ilə:

Rəyasət Heyətinə daxil olmuş şikayət və müraciətlərin sayı

İntizam icraatı başlanılmamışdır

İntizam icraatı başlanılmışdır

595

476 (80 %)

119 (20 %)

İntizam icaatı başlanmış 119 iş üzrə Komissiyas tərəfindən 43 (36.1 %) iş üzrə pozuntu müəyyən olunmuş və bu işlərlə bağlı qəbul edilmiş rəylər üzrə Rəyasət Heyəti tərəfindən 2022-ci ilin yanvar - avqust ayları ərzində verilmiş intizam tənbeh tədbiri barədə məlumat:

Cəmi

İrad tutuma

Töhmət

Vəkillik fəaliyyətinin müəyyən müddətə dayandırılması

Üzvlükdən xaric olunma ilə əlaqədar məhkəməyə müraciət olunması

43

12 (27.9 %)

11 (25.6 %)

11 (25.6 %)

9 (20.9 %)

Oxşar xəbərlər