Azərbaycanda vəkillərin ən çox yol verdiyi pozuntular açıqlandı


  • 12 Avqust 2022 18:41

Azərbaycanda vəkillərin ən çox yol verdiyi pozuntular açıqlanıb.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, Vəkillərin İntizam Komissiyası tərəfindən vəkillərin fəaliyyətində daha çox aşağıdakı hallarla bağlı pozuntu müəyyən edilib:

1. Dövlət hesabına hüquqi yardımın keyfiyyətsiz göstərilməsi və bu sahədə formal vəkilliyə yol verilməsi,

2. Müqavilədənkənar pul vəsaitinin alınması,

3. Hüquqi yardıma görə alınan haqqın nağdsız qaydada ödənilməsi tələblərinin pozulması,

4. Qeyri-etik ifadələrdən istifadə edilməsi, vəkil etikasına zidd olan, vəkilliyin nüfuzuna xələl gətirən, vəkilə yaraşmayan hərəkətlərə yol verilməsi və s.

Qeyd edək ki, cari ildə 43 vəkil tərəfindən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun, digər qanunvericilik aktlarının tələblərinin, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulduğu müəyyən edilib.

Oxşar xəbərlər