Məzmuna keç

“Vəkil olmaq istəyirəm” adlı Yay Məktəbinin təntənəli qapanış mərasimi keçiriləcək

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Azərbaycan Respublikası Gənclər Fondunun birgə tərəfdaşlığı ilə gənc hüquqşünas tələbələrin yay tətilinin səmərəli təşkil edilməsi üçün 15 iyul-15 avqust tarixlərində "Vəkil olmaq istəyirəm" adlı Yay Məktəbi keçirililib.

E-huquq.az-ın məlumatına görə, sentyabrın 7-də Bakı Konqres Mərkəzində Vəkillər Kollegiyası və Gənclər Fondu tərəfindən hüquqşünas tələbələr üçün ilk dəfə bu formatda keçirilmiş bir aylıq Yay Məktəbinin təntənəli qapanış mərasimi keçiriləcək.

Mərasimdə Azərbaycan Respublikası Milli Məclisinin, Baş Prokrorluğunun, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, Ədliyyə Nazirliyinin, Mediasiya Şurasının rəhbər şəxsləri və digər rəsmi qonaqlar iştirak edəcək.

Qeyd edək ki, 13 yerli və beynəlxalq universitetdən 300-dən artıq hüquqşünas tələbənin müraciət etdiyi Yay Məktəbində prosessual sənədlərin tərtib edilməsi, hüquqi yazı, vətəndaşlarla müsahibələrin keçirilməsi, məsləhətlərin verilməsi qaydaları və natiqlik qabiliyyəti də daxil olmaqla, çoxsaylı mövzular üzrə təlimlər təşkil edilib.