Azərbaycanda səfərdə olan Monqolustanın Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Anar Bağırovla görüşdü


  • 22 Sentyabr 2022 17:37

Bu gün Monqolustanın Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, əməkdar hüquqşünası Purevbaatar Daşpurev və Monqolustanın Azərbaycandakı fəxri konsulunun müşaviri Faiq Ağayev Vəkillər Kollegiyasını ziyarət ediblər.

E-huquq.az xəbər verir ki, qonaqları qəbul edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Kollegiyanın Asiyadakı mövcud beynəlxalq əməkdaşlıq münasibətlərindən və fəaliyyətindən bəhs edib, regionun ən nüfuzlu təşkilatı olan LAWASIA-ya üzvlüyümüzü qeyd etmiş, o cümlədən Monqolustan vəkilləri ilə qarşılıqlı əlaqələrin qurulması üçün atılmalı addımlardan danışıb.

P.Daşpurev hər iki Vəkillər Kollegiyaları arasında gələcək əməkdaşlıq perspektivlərindən, Monqolustan vətəndaşlarının Azərbaycan Respublikası ərazisində hüquqlarının müdafiəsində Kollegiyanın rolundan və əlaqələrin qurulmasının əhəmiyyətindən bəhs edib.

Sonda, qonaqlarla xatirə şəkilləri çəkilmiş nümayəndə heyətinə xatirə hədiyyələr təqdim edib.

Oxşar xəbərlər