Vəkilliyə qəbul olmaq istəyən şəxslərin nəzərinə!


  • 26 Sentyabr 2022 11:34

Noyabrın 5-də Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının yazılı test mərhələsi keçiriləcək.

Bu barədə e-huquq.az-a Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, kompüter vasitəsilə elektronlaşdırılmış qaydada keçiriləcək imtahan hər növbədə 170 namizəd olmaqla iki növbəli olaraq saat 10:00-da və 15:00-da baş tutacaq.

Qeyd olunub ki, namizədlərə onların qeydiyyata alındıqları növbə ilə bağlı telefon vasitəsilə məlumat veriləcək.

"Namizədlərdən imtahan üçün müəyyən olunmuş vaxtdan ən gec bir saat əvvəl imtahanın keçiriləcəyi inzibati binaya şəxsiyyət vəsiqələri ilə birlikdə yaxınlaşmaqları xahiş olunur. Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının yazılı test mərhələsində iştirak etmək istəyən namizədlər daimi əsaslarla davam edən sənəd qəbulunda 340 namizədin sənədinin qəbul olunduğunu (yerlərin bitməsini) nəzərə almalıdırlar. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, imtahan Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 (Bakı Asiya Universiteti) ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq.

Əlavə məlumat üçün telefon: +99412 594 14 95

Oxşar xəbərlər