Vəkillər üçün növbəti icbari təlim keçirildi


  • 30 Sentyabr 2022 17:57

Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində 30 sentyabr 2022-ci il tarixində Vəkillər Kollegiyasının üzvləri üçün onlayn qaydada növbəti icbari təlim keçirilib.

E-huquq.az xəbər verir ki, “Vəkillərin “Elektron məhkəmə” informasiya sistemindən səmərəli istifadəsi” mövzusu üzrə təşkil edilmiş təlimdə Ədliyyə Nazirliyi İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin Strateji planlaşdırma şöbəsinin böyük məsləhətçisi Nərgiz Murquzova təlimçi qismində iştirak edib.

İxtisasartırma təlimində təlimçi tərəfindən iş üzrə elektron qaydada yeni sənədin təqdim edilməsi, ərizə və şikayətlərin elektron qaydada verilməsi, iddia ərizəsinin elektron qaydada verilməsi qaydası, şəxsiyyət vəsiqəsinin nömrəsinin əldə olunması, məhkəmə işləri üzrə çıxarılmış məhkəmə aktlarının icra vəziyyəti barədə məlumatların əldə edilməsi kontekstində müzakilər aparılıb.

Qeyd edək ki, təlimdə 57 vəkil iştirak edib.

Oxşar xəbərlər