Məzmuna keç

“Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi –

“Avropada mülki ədalət mühakiməsi günü” münasibətilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının tövsiyəsi ilə "Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib.

E-huquq.az xəbər verir ki, aksiya çərçivəsində 20-yə yaxın vətəndaşa yazılı hüquqi məsləhətlər verilib, həmçinin müvafiq yazılı ərizələr tərtib edilib. Müraciətlərin əksəriyyəti mülkiyyət hüququ, pul tələbi, kredit mübahisəsi, aliment tələbi və digər sosial məsələlərlə bağlı olub.

Xatırladaq ki, 05 iyun 2003-cü ildə Avropa Şurasının və Avropa Komissiyasının birgə təşəbbüsü ilə hər il 25 oktyabr tarixinin “Avropada mülki ədalət mühakiməsi günü” kimi qeyd edilməsi qərara alınıb. Məqsəd Avropa Şurasına üzv olan dövlətlərin vətəndaşlarının mülki hüquqlarının həyata keçirilməsini təmin edən məhkəmə orqanlarının gündəlik fəaliyyəti haqqında məlumatlandırılması səviyyəsinin artırılasıdır. Bu gün müxtəlif ölkələrdə vətəndaşların məhkəmələrin fəaliyyəti ilə daha yaxından tanış olmasına şərait yaradılır, mülki işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsinə həsr olunmuş müxtəlif tədbirlər təşkil edilir.