David Asatiani: "Gürcüstan və Azərbaycanın Vəkillər Kollegiyaları çox fəal şəkildə əməkdaşlıq edir"


  • 2 Noyabr 2022 17:25

"Azərbaycan Respublikası Vəkillər Kollegiyası beynəlxalq səviyyədə çox böyük nüfuz qazanıb, CCBE və bir sıra beynəlxalq formatlarda layiqli şəkildə təmsil olunur. Hesab edirəm ki, burada Vəkillər Kollegiyasının sədri Anar Bağırovun böyük xidməti var. Çünki o, Azərbaycan vəkilliyini daim yeniliklərlə inkişaf etdirir. Məncə, azərbaycanlı həmkarlarım belə nüfuzlu və fəal sədrlə fəxr etməlidirlər".

Bunu e-huquq.az-a açıqlamasında Azərbaycanda səfərdə olan Gürcüstan Vəkillər Kollegiyasının sədri David Asatiani deyib.

O, iki ölkə arasında vəkillik sahəsindəki əməkdaşlığı yüksək qiymətləndirib: "Gürcüstan Vəkillər Kollegiyası ilə Azərbaycan Vəkillər Kollegiyası uzun illərdir ki, çox fəal şəkildə əməkdaşlıq edir. Birincisi, ona görə ki, biz qardaş ölkələrik, mehriban qonşuluq münasibətlərimiz var. Digər tərəfdən, peşəkar əlaqələrimiz mövcuddur. Bilirsiniz ki, hər iki ölkənin vətəndaşları da fəal şəkildə həm biznes, həm də iqtisadi əlaqələr qurublar və bu əlaqələr inkişaf etməkdədir. Həm vətəndaşların, həm də biznes subyektlərinin hüquqlarının müdafiəsi bizdən böyük məsuliyyət tələb edir. Bu da daha sıx əməkdaşlıq etməyimizə təkan verir. Mən Azərbaycan vəkillərinə fəaliyyətlərində uğurlar arzulayır və əlaqələrimizin daha da inkişaf edəcəyinə ümid edirəm".

Oxşar xəbərlər