Vəkilliyə və hakimliyə qəbul olunmaq istəyənlərin nəzərinə!


  • 17 Noyabr 2022 10:49

Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunda vəkilliyə və hakimliyə qəbul olunmaq istəyənlər üçün imtahanlara hazırlıq kursları təşkil edilib.

E-huquq.az xəbər verir ki, Büronun müdir müavini və vəkili Vüqar Şamilovun təşkil etdiyi kurslar aylıq 18 (on səkkiz) akademik dərs saatı və sınaq imtahanlarını əhatə edir.

Tədris materialları yazılı test və şifahi müsahibə mərhələlərinin mövzu və sualları üzrə qruplaşdırılacaq. Dərslər Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı 507, Altes Plaza biznes mərkəzində keçirələcək.

Kurslarda iştirak etmək istəyənlər 012 555 66 84, 050 555 66 84 telefon nömrələri və ya office@ya.partners elektron poçt ünvanına müraciət edə bilərlər.

Nəzərinizə çatdıraq ki, 05 noyabr 2022-ci il tarixində Vəkillər Kollegiyası və Dövlət İmtahan Mərkəzi ilə keçirilmiş birgə vəkilliyə qəbul üzrə yazılı test imtahanda Qurbanova Validə Elşad qızı yüksək nəticə göstərərək 85 bal toplayaraq test imtahanını müvəffəqiyyətlə keçib. Bundan əlavə, V.Şamilov tərəfindən təşkil edilərək keçirilmiş kurslarda bir nəfər istisna olmaqla bütün namizədlər test imtahanını müvəffəqiyyətlə keçiblər.

Oxşar xəbərlər