Vəkil orderinin markasına görə ödənişlər vergidən azad edilir


  • 18 Noyabr 2022 11:58

Vəkil orderinin markasına görə ödənişlər vergidən azad edilir.

E-huquq.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliklə 2023-cü ilin yanvarın 1-dən vəkillər və vəkil qurumlarının order markasının əldə edilməsi ilə bağlı Vəkillər Kollegiyasına etdiyi ödənişlərin vergidən azad edilməsi nəzərdə tutulub.

Bundan başqa, digər dəyişikliyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilmiş əsas vəsaitlərin idxalı, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiqedici sənədi əsasında müvafiq icra hakimiyyəti orqanının yenidən qurulması layihəsi çərçivəsində avadanlıqların və ehtiyat hissələrinin idxalı da 2023-cü il yanvarın 1-dən vergidən azad ediləcək.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Oxşar xəbərlər