Vəkillərin nəzərinə!


  • 23 Noyabr 2022 13:19

Noyabrın 30-da vəkillər üçün “Məlumatların mühafizəsi və şəxsi həyatın gizliliyinə dair beynəlxalq hüquq normaları” mövzusunda təlim keçiriləcək.

E-huquq.az xəbər verir ki, təlim Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Avropa Şurasının Azərbaycan Ofisinin birgə əməkdaşlığı çərçivəsində təşkil ediləcək.

Təlim ingilis dilində aparılacaq və azərbaycan dilinə tərcümə olunacaq. Təlimin açılışında Vəkillər Kollegiyasının sədri Anar Bağırov iştirak edəcək.

Təlimdə iştirak etmək istəyən vəkillər aşağıdakı keçid vasitəsi ilə qeydiyyatdan keçə bilərlər:

https://forms.gle/S3sUuQPRHGd5GD2g7

Təlim proqramı ilə aşağıda qeyd edilən link vasitəsi ilə tanış olmaq mümkündür:

https://docs.google.com/.../1iCql94yigLTHTdIMRkXJ.../edit...

Qeyd edək ki, vəkillərin iştirakı üçün ayrılmış yerlərin sayı məhduddur.

Əlaqələndirici şəxs - Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin tədris işləri üzrə koordinatoru Günay Sultanova (tel. 012-594-99-85, 050-377-70-80)

Oxşar xəbərlər