Vəkillər üçün növbəti onlayn ixtisasartırma təlimləri keçirilib


  • 2 Dekabr 2022 16:12

Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində Vəkillər Kollegiyasının üzvləri üçün onlayn qaydada növbəti onlayn ixtisasartırma təlimləri keçirilib.

E-huquq.az xəbər verir ki, təlimlərdən ilki noyabrın 2-də “Məişət zorakılığı ilə mübarizə və məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış” mövzusunda olub. Təlimçi qismində Vəkillər Kollegiyası Rəyasət Heyətiniz üzvü Lalə Nağıyeva iştirak edib.

Növbəti ixtisasartırma təlimi isə noyabrın 4-də “Vergi Mübahisələri” mövzusuna həsr olunub. Təlimdə təlimçi kimi Vəkillər Kollegiyasının üzvü Sirac Piriyev çıxış edib.

İxtisasartırma təlimlərinin növbətisi noyabrın 10-da Vəkillər Kollegiyasının üzvü Dünyamin Novruzov tərəfindən “Azərbaycanda vərəsəlik hüququnda ölümlə bağlı sərəncamların etibarsızlığı” mövzusu üzrə keçirilib.

Sonuncu ixtisasartırma təlimi isə noyabrın 23-də “Əmək pensiyasının hüquqi problemləri” mövzusu üzrə keçirilib. Təlimdə Vəkillər Kollegiyasının üzvü Mayis Əliyev təlimçi qismində iştirak edib.

Qeyd edək ki, təlimlərdə ümumilikdə 125 vəkil iştirak edib.

Oxşar xəbərlər