Vəkillər Kollegiyası üzvlərinin növbəti konfransı keçirilir - FOTO


  • 6 Dekabr 2022 10:05

Bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin növbəti konfransı keçirilir.

E-huquq.az-ın məlumatına görə, tədbirdə gündəliyə uyğun olaraq seçkilər keçiriləcək, Vəkillər Kollegiyası Rəyasət Heyəti sədri, müavinləri və üzvləri, eyni zamanda Vəkillərin İntizam Komissiyasının sədri və tərkibi seçiləcək.

Konfrans çərçivəsində seçkinin nəticələrinə dair protokollar, Vəkillər Kollegiyasının və vəkillik fəaliyyətini tənzimləyən bəzi sənədlərə əlavə və dəyişikliklər, habelə Vəkillər Kollegiyasının büdcəsi təsdiq olunacaq.

Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlər müzakirə ediləcək.

Oxşar xəbərlər