Anar Bağırov yenidən Vəkillər Kollegiyasının sədri seçildi


  • 6 Dekabr 2022 11:56

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin konfransı keçirilib.

E-huquq.az-ın məlumatına görə, konfrans çərçivəsində Vəkillər Kollegiyası Rəyasət Heyətinə növbəti 5 il üçün sədr seçkiləri keçirilib.

Seçkinin nəticələrinə əsasən, Anar Bağırov növbəti dəfə yekdilliklə Vəkillər Kollegiyasına sədr seçilib.

A.Bağırov çıxış edərək, ona göstərilən etimada görə vəkillərə təşəkkürünü bildirib və bundan sonrakı fəaliyyətində də Azərbaycan vəkilliyinin inkişafı üçün əlindən gələni edəcəyini vurğulayıb.

Oxşar xəbərlər