Sədr: "Vəkillik sahəsində islahatlar bundan sonra da davam edəcək"


  • 6 Dekabr 2022 16:42

"Vəkillik sahəsində islahatlar bundan sonra da davam edəcək".

E-huquq.az xəbər verir ki, bunu növbəti dəfə Vəkillər Kollegiyasının sədri seçilən Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.

O, son illərdə Azərbaycanda vəkillik sahəsində ciddi irəliləyişlər əldə olunduğunu bildirib.

"Son 5 il ərzində vəkilliyə dövlət səviyyəsində qayğı göstərildiyinin şahidi olmuşuq. Cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan vəkilliyinə böyük dəstək göstərilib. Azərbayca vəkilliyi həm forma, həm məzmunca yenilənib. Bu gün vəkillik institutu məhkəmə-hüquq islahatlarında çox mühüm yer tutur. Vəkillik gəncləşir, təkmilləşir, ölkəmizdə vəkillərin və vəkil qurumlarının sayı artmaqda davam edir. Bütün görülən işlərdə bizim məqsədimiz oldur ki, Azərbaycan vətəndaşlarına daha keyfiyyətli və əlçatan hüquqi yardım göstərilsin", - sədr qeyd edib.

A.Bağırov qarşıda duran məqsədlərdən danışaraq bildirib ki, hazırda prioritet məsələlərdən biri də işğaldan azad olunmuş ərazilərdə müasir vəkil bürolarının yaradılmasıdır: "Biz istəyirik ki, azad olunmuş ərazilərimizdə yaşayan vətəndaşlarımız üçün də hüquqi yardıma çatımlılıq təmin olunsun".

Oxşar xəbərlər