"Anar Bağırov qısa müddətdə vəkillik sahəsində böyük işlər görüb"


  • 6 Dekabr 2022 17:21

"Bugünkü seçkilər çox şəffaf keçirildi".

Bunu e-huquq.az-a açıqlamasında hüquq müdafiəçisi Zalihə Tahirova Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri vəzifəsinə seçkidən danışarkən deyib.

O, Anar Bağırovun növbəti dəfə Kollegiyann sədri seçilməsini alqışlayıb: "Anar müəllim çox savadlı və peşəkar insandır. O, çox qısa müddətdə vəkillik sahəsində çox böyük işlər görüb. Bundan sonra da ona fəaliyyətində uğurlar arzulayıram".

Qeyd edək ki, dekabrın 6-da Azərbaycan Respublikasının Vəkillər Kollegiyası üzvlərinin növbəti konfransında seçkilər keçirilib. Kollegiyanın Rəyasət Heyətinin sədri Anar Bağırov açıq səsvermə nəticəsində yenidən bu vəzifəyə seçilib.

Oxşar xəbərlər