Millət vəkili: "Anar Bağırov şərəfli missiyanı fəaliyyətinin ikinci dönəmində də ləyaqətlə davam etdirəcək"


  • 6 Dekabr 2022 18:57

"Hörmətli Anar Bağırovu yenidən Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edir, ona və yenidən formalaşan Vəkillər Kollegiyasının Rəyasət Heyəti üzvlərinə vəkillik təsisatının güclənməsi və nüfuzunun artması istiqamətində fəaliyyətlərində uğurlar arzulayıram".

E-huquq.az xəbər verir ki, bunu millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

Deputat qeyd edib ki, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi, cəmiyyətdə ədalət mühakiməsinə olan etimad mühitinin möhkəmləndirilməsində vəkillik təsisatı müstəsna rola malikdir: "Bu mənada, Anar müəllimin öhdəsinə götürdüyü bu şərəfli missiyanı fəaliyyətinin ikinci dönəmində də ləyaqətlə davam etdirərək vəkilliyin inkişafına yeni-yeni töhfələr verəcəyinə səmimiyyətlə inanırıq".

Oxşar xəbərlər