Sevinc Alızadə və Adil Kərimli Vəkillər Kollegiyasının rəhbərliyində təmsil olunacaq


  • 7 Dekabr 2022 13:12

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti yenidən formalaşdırılıb.

E-huquq.az-ın məlumatına görə, yeni tərkibdə Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə və Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini, hüquq üzrə fəlsəfə doktoru Adil Kərimli də yer alıb.

Qeyd edək ki, dekabrın 6-da Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin konfransı keçirilib. Konfransda Anar Bağırov növbəti dəfə Vəkillər Kollegiyasının sədri, Aydın Axundov, Pərviz Ələkbərov və Şahmar Məmmədov isə sədr müavinləri seçiliblər.

Bundan başqa, Rəyasət Heyətinin Ramiz İbrahimov, İlhamə Həsənova, Dilarə Əfrasiyabova, Adil Kərimli, Sevinc Alızadə, Fariz Məmmədov, Lalə Nağıyeva, Muxtar Mustafayev, Elçin Usub, Azər Quliyev, Vüqar Babayevdən ibarət yeni tərkibi formalaşdırlıb.

Oxşar xəbərlər