Deputat: "Anar Bağırovun sədrliyi ilə vəkillik sahəsində köklü islahatlar aparılıb"


  • 7 Dekabr 2022 16:18

"Hörmətli Anar Bağırovu növbəti 5 illik müddətə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri vəzifəsinə seçilməsi münasibəti ilə səmimi-qəlbdən təbrik edir, ona və yeni formalaşan Rəyasət Heyəti, Vəkillərin İntizam Komissiyasına uğurlar arzulayıram. İnsan hüquq və azadlıqlarının müdafiəsini vəkillik institutu olmadan təsəvvür etmək olmaz. Cənab Prezidentin 22 fevral 2018-ci il tarixli Sərəncamında da qeyd olunduğu kimi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyəti vardır".

E-huquq.az xəbər verir ki, bunu millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculıuğu komitəsinin üzvü Kamal Cəfərov deyib.

O bildirib ki, Anar Bağırov Kollegiyaya sədr seçildiyi 2017-ci ildən vəkillik təsisatında, vəkillik institutunda köklü islahatlar aparıb: "Təkcə vəkillərin sayının 2 dəfədən çox artması, Kollegiyanın dünyanın ən nüfuzlu hüquq birliklərindən biri olan CCBE-yə üzv qəbul olunması bunların bariz nümunəsidir".

Deputat, həmçinin qeyd edib ki, A.Bağırovun sədrliyi ilə Vəkillər Kollegiyası bir sıra layihələrə dəstək göstərib: "Belə ki, Vəkillər Kollegiyasının dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Hüquq Kitabxanası yaradılıb. Təşəbbüsümüz və Kollegiyanın dəstəyi ilə pandemiya dövründə və post-pandemiya dövlərində Sabiradabda sabirabadlılar üçün dəfələrlə ödənişsiz hüquqi yardım aksiyaları keçirilib".

Oxşar xəbərlər