Məzmuna keç

Azərbaycan vəkilləri peşə bayramını qeyd edir

Bu gün Azərbaycanda vəkillərin peşə bayramı günüdür.

E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il Sərəncamına əsasən dekabrın 28-i "Vəkil günü" kimi qeyd olunur.

Vəkillər Kollegiyası Azərbaycan SSR-nin 13 noyabr 1980-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan SSR vəkilliyi haqqında Əsasnamə” ilə fəaliyyət göstərən Vəkillər Kollegiyasının hüquqi varisidir.

Əsas vəzifəsi

Vəkillər Kollegiyasının əsas vəzifəsi hər bir şəxsin hüquq və azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiə edilməsindən, onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardım göstərilməsini təmin etməkdən, vəkillik peşəsinin nüfuzunu yüksəltməkdən ibarətdir.

Fəaliyyəti

Vəkillər Kollegiyasının təşkili və fəaliyyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu və ona müvafiq olaraq qəbul edilmiş Vəkillər Kollegiyasının Nizamnaməsi ilə müəyyən edilir.

Üzvləri

Son dövrdə vəkillərin sayı 2,5 dəfədən çox artaraq 2 min 237 nəfərə çatıb. Hazırda ölkədə 1835 kişi, 402 qadın vəkil var. Vəkillərin 1 767 nəfəri Bakıda, 470 nəfəri isə rayonlarda fəaliyyət göstərir.

E-huquq.az olaraq, vəkil adını daşıyan hər kəsi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.