"Vəkillər Kollegiyası Cinayət Məcəlləsinə "Ekosid" adlı yeni maddənin əlavə edilməsi ilə bağlı təkliflər hazırlayıb".
E-huquq.az xəbər xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, dəyişiklik ekoloji cinayətlərlə bağlı cəzaların sərtləşdirilməsi ilə bağlıdır: "Son günlər Azərbaycan cəmiyyətini narahat edən məsələlərdən biri də Qarabağ iqtisadi rayonunda faydalı yataqlarımızın qanunsuz şəkildə istismar olunmasıdır. Bilirsiniz ki, ermənilər Azərbaycan ekologiyasına böyük zərər vurub və proses bu gün də davam edir. Azərbaycan Vəkillər Kollegiyası da həmin məsələlərə həssas yanaşır. Bu baxımdan Kollegiyanın tərkibində fəaliyyət göstərən Cinayət sahəsi üzrə İşçi Qrup tərəfindən müvafiq təkliflər hazırlayıb. Biz təklif edirik ki, Cinayət Məcəlləsinə "Ekosid" adlı maddə əlavə edilsin. Bu, gələcəkdə ekosidin baş verməsinin qarşısını ala biləcək. Ümid edirəm ki, təklifimiz aidiyyəti qurumlar tərəfindən nəzərə alınacaq və müsbət cavab veriləcək".
Xəyalə Bünyatova
