"Cənab Prezident tərəfindən vəkillik sahəsinə çox böyük diqqət və qayğı göstərilir. Bilirsiniz ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il dekabrın 28-i ölkəmizdə “Vəkil günü” peşə bayramı kimi qeyd edilir. Bu gün bizim üçün çox əlamatdar gündür".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, son illər aparılan islahatlar nəticəsində vəkillik institutu güclənib: "Biz vətəndaşların yüksək keyfiyyətli hüquqi yardıma çatımlılığını təmin etməyə çalışırıq. Bu məqsədlə vəkillərin sayı artır, onların peşə hazırlığının artırılması üçün bütün zərurui tədbirlər görülür".
A.Bağırovun sözlərinə görə, qarşıdakı əsas hədəflərdən biri də azad olunmuş ərazilərdə vəkil bürolarının yaradılmasıdır.
"İndi Azərbaycan vəkilliyinin qarşısında daha böyük hədəflər var. Biz azad olunmuş ərazilərdə vəkil bürolarının yaradılmasını və vətəndaşlarımıza keyfiyyətli hüquqi yardım göstərilməsini istəyirik. Bununla bağlı müəyyən planlarımız var. Yaxın vaxtlarda bu planı realizə edəcəyik", – deyə sədr qeyd edib.
Xəyalə Bünyatova
