- 11:28
Ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının vəkillərindən ibarət nümayəndə heyəti yanvarın 9-da "Yusif Allahverdiyev və Partnyorları" Vəkil Bürosunda olublar.
E-huquq.az xəbər verir ki, Pakistan İslam Respublikası Ali Məhkəməsinin vəkili, eyni zamanda "Jawad Zafar və Partnyorları" şirkətinin idarəedici partnyoru Muhammad Jawad Zafar, Pakistan İslam Respublikası Yüksək Məhkəməsinin vəkili və "Jawad Zafar və Partnyorları" şirkətinin kiçik partnyoru Muhammad Talha Mushtaq, "Jawad Zafar və Partnyorları" şirkətinin vəkilləri Shakhrukh Malhi və Rahim Zafardan ibarət nümayəndə heyəti büronun vəkilləri ilə görüşüb.
Görüş zamanı Azərbaycan və Pakistanın hüquq sistemi və vəkillik fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Yanvarın 10-da isə nümayəndə heyəti Bakı Kommersiya Məhkəməsində olub və sədr İlham Əhmədovla görüşüb. İ.Əhmədov nümayəndə heyətini məhkəmənin inzibati binası, o cümlədən məhkəmənin arxivi, dəftərxanası və iclas zalları ilə tanış edib. Həmçinin nümayəndə heyəti məhkəmə iclasında izləyici kimi iştirak edərək kommersiya mübahisəsinə baxılma qaydasını müşahidə ediblər.
Qonaqlar məhkəmənin fəaliyyətini yüksək qiymətləndirib və səmimi görüşə görə İ.Əhmədova minnətdarlıqlarını ifadə ediblər.







