Vəkillər üçün təlim keçiriləcək


  • 19 Yanvar 2023 15:53

Vəkillər Kollegiyasının üzvləri üçün “Çirkli pulların yuyulması və terrorçuların maliyyələşdirilməsi riskləri” mövzusunda təlim keçiriləcək.

E-huquq.az xəbər verir ki, təlim Avropa Şurasının və Avropa İttifaqının “Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizə və aktivlərin bərpası fəaliyyətinin gücləndirilməsi” adlı birgə layihəsi çərçivəsində baş tutacaq.

Təlimlər 01 və 02 fevral 2023-cü il tarixində saat 9:30-dan 17:30-dək “Abşeron Mariott Hotel”in "Xırdalan" otağında keçiriləcək. İngilis dilində aparılacaq təlim Azərbaycan dilinə də tərcümə ediləcək.

İştirak etmək arzusunda olan vəkillər 26 yanvar 2023-cü il tarixinədək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://forms.gle/yeNVHfNL7QUrtVKD9

Qeyd edək ki, vəkillərin iştirakı üçün ayrılmış yerlərin sayı məhduddur. Belə ki, hər təlim üçün 20 vəkilin iştirakı nəzərdə tutulur.

Əlaqələndirici şəxs - Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin tədris işləri üzrə koordinatoru Günay Sultanova (tel. 012-594-99-85, 050-377-70-80)

Oxşar xəbərlər