Hakim vəzifəsinə təyin edilmiş vəkillər təltif ediləcək


  • 19 Yanvar 2023 18:34

Yanvarın 19-da Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

E-huquq.az xəbər verir ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədr müavini Aydın Axundov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.

Sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12.01.2023-cü il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin edilmiş Vəkillər Kollegiyasının üzvlərinin mükafatlandırılması və fəaliyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.

Eyni zamanda iclasın gündəliyinə uyğun olaraq vəkillərin başqa vəkil qurumuna keçməsi, müəyyən müddətə üzvlük haqqından azad olunma, vəkillik fəaliyyətinin dayandırılması və səhhəti ilə bağlı maddi yardım göstərilməsinə dair müraciətlərə baxılmış və müsbət qərarlar qəbul edilib.

Bundan başqa, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılmış, müvafiq qərarlar verilib.

Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən bir sıra məsələlər müzakirə olunub.

Oxşar xəbərlər