Ankarada vəkillər yürüş keçirdi - FOTO


  • 24 Yanvar 2023 19:35

Ankarada vəkillər "Təhlükədə olan Vəkillər Günü" münasibətilə yürüş keçirib.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, “Müdafiəçi susmadı, susmaz”, "Biz təhlükədəyiksə, siz də təhlükədəsiniz" şüarlarının səsləndirildiyi yürüşdə Türkiyə Vəkillər Kollegiyaları Birliyinin rəsmiləri də iştirak edib.

Yürüşdə Ankara Vəkillər Kollegiyasının sədri Mustafa Köroğlu çıxış edib.

“Biz müdafiənin səsiyik. Biz təhlükə altındayıqsa, siz də təhlükədəsiniz. Peşə vəzifəsini həyata keçirərkən həbs olunan, təzyiq və təhdidlərə, zorakılığa məruz qalan bütün vəkillərlə həmrəylik və birlik içərisində mübarizəmizi davam etdirəcəyimizi bəyan edirik”, - deyə çıxışında o bildirib.

Qeyd edək ki, Türkiyədə hər il yanvarın 24-ü "Təhlükədə olan Vəkillər Günü" kimi qeyd edilir.

Eltac Nurullazadə

Oxşar xəbərlər