Şirvanda ödənişsiz hüquqi yardım aksiyası keçiriləcək


  • 26 Yanvar 2023 13:02

2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən Şirvan şəhərində “Heydər Əliyev və Azərbaycan ədliyyəsi” mövzusunda konfrans və bölgə vətəndaşları üçün nazirliyin fəaliyyət istiqamətləri ilə bağlı “Açıq qapı” günü keçiriləcək.

Bu barədə e-huquq.az-a Ədliyyə Nazirliyindən məlumat verilib

Bildirilib ki, Şirvan şəhəri Heydər Əliyev Mərkəzində saat 12:30-da keçiriləcək “Açıq qapı” günündə vətəndaşlara innovativ ədliyyə xidmətləri ilə bağlı təqdimat və ödənişsiz hüquqi yardım aksiyası təşkil olunacaq.

Tədbirdə Şirvan regional ədliyyə idarəsinin yurisdiksiyasına daxil olan Şirvan, Salyan, Neftçala və Hacıqabul rayonlarının vətəndaşları iştirak edə bilərlər.

Bölgəyə səfər çərçivəsində həmçinin, Sabirabad rayonunda saat 15:00-da Heydər Əliyev Mərkəzində rayon sakinləri üçün “Açıq qapı” günü keçiriləcək.

Qeyd olunub ki, tədbirlərdə Ədliyyə Nazirliyinin məsul işçiləri, Milli Məclisin deputatları, vəkillər, vətəndaş cəmiyyəti institutları iştirak edəcəklər.

Əlavə məlumatı Şirvan regional ədliyyə idarəsi (ünvan: Şirvan şəhəri, Firuz İsmayılov küçəsi, 17, əlaqə telefonu: (021) 215-60-23, (055) 238-78-28) vasitəsilə əldə etmək mümkündür.

Oxşar xəbərlər