“Vəkil adından istifadə edən dələduzlarla mübarizə aparacağıq”


  • 26 Yanvar 2023 19:45

Türkiyədə vəkillərin adından istifadə edərək vətəndaşlara qarşı dələduzluq edənlərlə bağlı tədbirlər görüləcək.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, bu barədə İstanbul Vəkillər Kollegiyasının ötən gün keçirilən iclasında məlumat verilib.

Kollegiyanın sədri Filiz Saraç bildirib ki, vəkillərin adından istifadə edərək dələduzluğa yol verilməsi halları artıb.

"Dəfələrlə olub ki, vəkillərimizin ad, soyadından və qeydiyyat nömrəsindən istifadə edərək insanları aldadıblar. Bizə bu barədə xeyli şikayət daxil olub. Belə hallar vəkilləri pis vəziyyətdə qoyur, onların nüfuzuna zərbə vurur. 2014-cü ildən bəri İstanbul Vəkillər Kollegiyasının yüzlərlə üzvü bu halla qarşılaşıb və onların əksəriyyəti gənc vəkillər olub. Biz bu hallarla mübarizə üçün tədbir görəcəyik. Həmkarlarımızın nüfuzuna xələl gətirənlərlə sonadək mübarizə aparacağıq", - deyə sədr qeyd edib.

Eltac Nurullazadə

Oxşar xəbərlər