Boşanmaq istəyən qadının əri vəkilləri güllələdi - FOTO


  • 30 Yanvar 2023 11:46

Türkiyədə iki vəkil güllələnib.

E-huquq.az "Hukuki haber"ə istinadən xəbər verir ki, hadisə Bursa şəhərində baş verib.

Belə ki, vəkil Mustafa Furqan Soydan və həyat yoldaşı vəkil İrem Soydan boşanmaq üçün onlara müraciət edən qadın müvəkilin həyat yoldaşı tərəfindən silahlı hücuma məruz qalıblar. Xəstəxanaya aparılan cütlüyün vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polisə verdiyi ifadədə vəkillərin ona həyat yoldaşı ilə görüşə icazə vermədiklərini bildirib.

Türkiyə Vəkillər Kollegiyası hadisə ilə bağlı yaydığı bəyanatda vəkillərə qarşı olan silahlı hücumu pisləyib.

Eltac Nurullazadə

Oxşar xəbərlər