- 11:28
Vəkillər Kollegiyasının sədri Anar Bağırov hakim təyin olunan vəkillərlə görüşüb.
E-huquq.az-ın məlumatına görə, A.Bağırov yeni təyin olunan hakimləri təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Sədr hakim təyin olunan vəkillərin öz savad və bacarıqları ilə məhkəmə-hüquq islahatlarına töhfə verəcəklərinə əminliyini vurğulayıb: "Hesab edirəm ki, bu gün Azərbaycan vəkilliyi məhkəmə-hüquq sisteminin əsas kadr banklarından biridir. Bu da təsadüfi deyil, çünki vəkillik institutu ölkəmizdə ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edən mühüm təsisatdır".
Sonda A.Bağırov həmin hakimlərə Fəxri Fərmanlar təqdim edib.