Anar Bağırov türkiyəli həmkarına zəng etdi


  • 6 Fevral 2023 12:15

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovla Türkiyə Vəkillər Kollegiyasının sədri Erinç Sağkan arasında telefon danışığı olub.

E-huquq.az xəbər verir ki, Anar Bağırov türkiyəli həmkarına zəng vuraraq qardaş Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə, Türk xalqına Azərbaycan vəkilləri adından başsağlığı diləklərini çatdırıb.

Sədr yaralıların tezliklə sağalmasını arzulayıb.

Anar Bağırov Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu bildirib və Vəkillər Kollegiyasının zəlzələdən zərər çəkmiş vəkillərə və onların ailə üzvlərinə hər cür kömək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.

Erinç Sağkan öz növbəsində bu həmrəyliyə və göstərilən dəstəyə görə Anar Bağırova təşəkkür edib.

Oxşar xəbərlər