Türkiyədə zəlzələnin yaratdığı fəsadlardan əziyyət çəkən vəkillər üçün qaynar xətt yaradıldı


  • 6 Fevral 2023 15:21

Tükiyə Vəkillər Kollegiyası baş vermiş güclü zəlzələ səbəbindən peşə fəaliyyətini həyata keçirə bilməyən vəkillərə dəstək göstərəcək.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, vəkillər üçün xüsusi qaynar xətt yaradılıb. Belə ki, zəlzələnin yaratdığı fəsadlardan əziyyət çəkən vəkillər "0 312 292 59 44" nömrəsi vasitəsilə Kollegiyadan yardım ala bilərlər.

"Zəlzələ nəticəsində peşə fəaliyyətləri pozulan həmkarlarımız üçün həmrəylik məqsədilə şəbəkə yaradılıb. Fəlakətdən zərər görən həmkarlarımızın digər şəhərlərdəki məhkəmə işlərində problem yaşamaması üçün Türkiyə Vəkillər Kollegiyasının koordinasiyası ilə bütün vilayətlərdəki vəkillər kollegiyaları və vəkil hüquqları mərkəzləri vasitəsilə peşəkar dəstək veriləcək", - deyə məlumatda qeyd olunub.

Eltac Nurullazadə

Oxşar xəbərlər