- 11:28
Türkiyədə gənc elmi işçi Ceren Damar Şeneli öldürməkdə təqsirləndirilən şəxsin vəkili olmuş Vahit Bıçak 7 ay həbs cəzasına məhkum edilib.
E-huquq.az-ın "Hukuki Haber"ə istinadən məlumatına görə, buna səbəb vəkil Vahit Bıçakın mərhum Ceren Damar Şenelin atası Mustafa Damarı təhqir etməsi olub.
Belə ki, Çankaya Universitetində elmi işçi olaraq çalışan 27 yaşlı Ceren Damar Şenel 2 yanvar 2019-cu il tarixində universitet şəhərciyindəki otağında tələbəsi 23 yaşlı Həsən İsmail Hikmət tərəfindən qətlə yetirilib. Həsən İsmail Hikmət "vəzifə başındakı şəxsi qəsdən öldürməyə görə" ömürlük həbs cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin vəkili Vahit Bıçak haqqında isə sosial şəbəkə vasitəsilə mərhum Ceren Damar Şenelin atası Mustafa Damarı təhqir etdiyinə görə iddia qaldırılıb. Ankara Gölbaşı 3-cü Ağır Cəza Məhkəməsində keçirilən prosesdə məhkəmənin qərarı ilə Vahit Bıçak 7 ay müddətinə azadlıqdan məhrum edilib. Vəkil üçün 5 illik sınaq müddətinin müəyyən edilməsinə, təqsirləndirilən şəxsin sınaq müddətində yeni cinayət törətdiyi təqdirdə cəzanın icra olunmasına qərar verib.
Eltac Nurullazadə